4-cü polis bölməsinə yeni rəis təyin olundu

129429_res_01Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhəri Binəqədi rayonunda yerləşən 4-cü polis bölməsinə yeni rəis təyin edib.

Nazirin əmrinə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. (APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR