ABŞ və Rusiya Suriyaya dair razılığa gəldilər

1455302760143419967Sənəd imzalanıb.

Rusiya və ABŞ Suriyada atəşin fevralın 27-dən dayandırılmasına dair razılşma imzalayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters agentliyi Qərb diplomatik dairələrindəki mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, razılığın mətnində İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşması istisna olunub.

Fevralın 21-də Rusiya XİN rəhbəri Seqey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri gün ərzində 3 dəfə Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR