Akvariumda evləndilər – Toyda balıqlar da iştirak etdi + VİDEO

akvariumABŞ-ın Corciya ştatında maraqlı toy şənliyi keçirilib. Ənənəvi nikah mərasimlərindən fərqli olaraq bəylə gəlin bu dəfə nəhəng akvariumun içində, balıqların əhatəsində ailə həyatı qurub.

Akvariumda təşkil olunan nikah mərasiminə nişanlı cütlüyün ailəsi və yaxın qohumları da dəstək verib. Belə ki, qonaqlar da bəy və gəlinlə birgə suyun 10 metr dərinliyinə enməkdən çəkinməyib. Balıqların var-gəl etdiyi toyda ortaya maraqlı görüntülər çıxıb.

Akvariumun içindəki qonaqlarla yanaşı, daha 100 qonaq da baş verənlərə kənardan tamaşa edib.  Suda ailə həyatı qurduqdan sonra akvariumu tərk edən cütlük daha sonra ənənəvi formada qonaqların qarşısına çıxıb.

Akvariumda baş tutan nikah mərasimi qısa zamanda ölkədə məşhurlaşıb .  Unikal nikah mərasimini maraqla qarşılayan sakinlər onlara xoşbəxtlik arzulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR