Azərbaycanlı döyüşçü Alim Nəbiyev Rusiyanın oryol şəhərində keçirilən АСВ КВ-5 turniri çərçivəsində döyüşdə qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində döyüşən Alim britaniyalı Ceymi Beytsomu məğlub edib.
3 raundluq döyüşün sonunda hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.