Alimlər mobil telefondan çox istifadənin yaddaşı zəiflətdiyi qənaətinə gəlib

96e24bc2-8df4-476a-b2a1-80f3d8b8010f_292Mobil telefondan həddindən çox istifadə idrak bacarıqlarının zəifləməsinə gətirib çıxarır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Çin alimləri belə bir nəticəyə gəlib.

Aparılan araşdırmalardan sonra Hebey əyalətinin ənənəvi Çin təbabəti hospitalının ensefalopatiya şöbəsinin müdiri Su Çjivey mobil telefonlardan daha çox istifadə edən insanların boyun spondilyozu, zəif görmə və pis yaddaşa daha çox meylli olduğu qənaətinə gəlib.

Alimlər eyni zamanda mobil telefonun ekranından oxumağın insanın yaddaşına mənfi təsir etdiyini vurğulayır.

Eksperimentlərin sayı və digər detalları barədə heç bir məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR