Ankaradakı intiharçı-terrorçunun adı məlum oldu – RƏSMİ

img2014871Ankarada 29 nəfərin ölübü, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror aktının kim tərəfindən törədildiyi rəsmən təsdiqlənib. Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Musa Sömer görüntülərə baxdıqdan sonra terrorçunun öz oğlu olduğunu bildirib.
İntiharçı -terrorçunun cəsədindən və atasından götürülmüş DNT nümunələri müqayisə edilib. Laborator müayinələrdən sonra “canlı bomba”nın Abdülbaki Sömer olduğu təsdiqlənib.
Abdülbaki Sömer terror təşkilatına 2005-ci ildə 16 yaşında qoşulub, 2005-2014-cü illərdə Kandildə olub.
Hazırda terror aktı ilə bağlı 14 nəfər həbsdədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR