Arda Turan 3 milyona restoran açdı – FOTOLAR

20160219-195318link“Barselona”nın türkiyəli futbolçusu Arda Turan karyerasından qazandığı pullarla biznes həyatına qədəm qoyub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu 3 milyon lirəyə “Arxiv” adlı restoran açıb.

Arda “İnstagram” hesabında restorandan fotolar paylaşıb və belə şərh edib: “Türk mətbəxinin yeməklərindən ibarət restoranımız açıldı. Şişlidə sevgi var, söhbət var. Sizləri gözləyirik”.

O, yaxın zamanlarda restoranlar şəbəkəsi yaradacağını da bildirib.

Restoranı A.Turanın qardaşı Okan Turan idarə edir. Onun ortağı isə Cemal Sarıhandır.arda 56c71befc03c115be02551e9

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR