Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

56b40bb56d27c188f0a70b773a86cde7UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mərhələ çərçivəsində ilk oyun iki gün öncə İstanbulda baş tutub.

“Fənərbaxça” Moskva “Lokomotiv”ini əliboş yola salıb – 2:0.

Bu gün isə digər matçlar keçirilib. Saat 22:00-da start veriləcək oyunlardan Dortmund “Borussiya”sı “Porto”nu əliboş yola salıb. “Qarabağ”la eyni qrupda mübarizə aparmış və lider kimi mərhələ keçmiş “Tottenhem”i isə İtaliyada “Fiorentina”ilə bərabərliyə razılaşıb.

“Midtyulland” “Mançester Yunayted”i məğlub etməsi isə gecənin sürpriz nəticəsi olub. “Vilyareal” da öz növbəsində “Napoli”ni əliboş salıb.

Gecə yarısından sonra start verilən qarşılaşmaların arasında isə azərbaycanlı azarkeşlər üçün ən çox maraqla gözlənilən matç “Qalatasaray” – “Latsio” oyunu 1:1 hesablı heç-heçə ilə bitib. İlk yarıda vurulan iki qol matçın taleyini həll edib. Cavab qarşılaşması öncəsi romalılar nisbi üstünlüyə malikdilər.

 

Avropa Liqası

1/16 final, ilk oyunlar

 

18 fevral

 

“Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə) – 0:0

 

“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya) – 1:1

Qollar: Sabri, 12 – Milinkoviç – Saviç, 21

 

“Marsel” (Fransa) – “Atletik” (İspaniya) – 0:1

Qol: Aduriz, 54

 

“Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya) – 0:0

 

“Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya) – 1:2

Qollar: Konate, 53 – Stoyilkoviç, 13, Silva, 65

 

“Sparta” (Çexiya) – “Krasnodar” (Rusiya) – 1:0

Qol: Julius, 64

 

“Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya) – 0:1

Qol: Bellarbi, 26

 

“Valensiya” (İspaniya) – “Rapid” (Avstriya) – 6:0

Qollar: Mina, 4, 25, Parexo, 10, Neqredo, 29, Qomes, 35, Rodriqo, 89

 

 

“Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan) – 1:0

Qol: Mboci, 68

 

“Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya) – 2:0

Qollar: Pisşek, 6, Roys, 71

 

“Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə) – 1:1

Qollar: Bernardeşi, 59 – Şadli, 37 (pen.)

 

“Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) – 2:1

Qol: Sisto, 44, Onuaçu, 77 – Depay, 37

 

“Sevilya” (İspaniya) – “Mölde” (Norveç) – 3:0

Qollar: Llorente, 35, 49, Qameyro, 72

 

“Sent-Etyen” (Fransa) – “Bazel” (İsveçrə) – 3:2

Qollar: Sall, 9, Mone-Pake, 39, Bahebek, 77 – Samuel, 44, Yanko, 56

 

“Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya) – 1:0

Qol: Suarez, 82

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR