Aygün Kazımova Eltona şeir yazdı: “Utanmırsan? Kişi olan Vücudundan” (VİDEO, FOTO)

aygun_kazimova_259Xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevə şeir yazıb.

BAKU.WS məlumat verir ki, “ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasında müğənninin xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanı əsəbləşdirib. Sənətçi İnstaqram hesabında müğənniyə həsr etdiyi şeirini paylaşıb:

“Sən Eltonsan,
Sən ton tonsan.
Mən bilmirəm
Sən nə…san.
Utanmırsan?
Kişi olan Vücudundan,
O boyundan,
Buxunundan?
Sən sevilən Sənətkara,
Əfsanəvi sənətkarın
Yanındaca
Rəy bildirib,
Donquldanıb,
Tullanırsan.
Şıllaq atıb
Hoppanırsan.
Söz atırsan.
Axı niyə?
Axı kimə?
Zərif, incə xanımlara
Qısqanırsan,
Olmaya sən
Elton Consan???”.

Daha sonra xalq artisti bunları yazıb:

“Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”.1454998214_assdddfdgfghfhgjh1454998268_fdsaaddddssdsd

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR