Azərbaycanda 29800 nəfər işsiz qeydiyyata alınıb

129896_res_01Bu ilin fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

Virtualaz.org Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu müddət ərzində işsizlərin sayı 29800 nəfər olub ki, onların 38,3%-niqadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

İşsiz statusuna malik olan şəxslərin çoxu paytaxt Bakıda yaşayır. Belə ki, onların sayı 12513 nəfərdir. Bunlardan işsizliyə görə müavinət alanların sayı isə 1012 nəfər təşkil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR