Azərbaycanda ilk şəriət bankı yaradılır

islamic-banking-rebrands-to-go-mainstreamBankın adı iki ay müddətində məlum olacaq.

Gələn il Azərbaycanda birinci müstəqil İslam Bankı açıla bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Azərbaycan, Qazaxıstan və Tacikistanla yanaşı, Ciddədə mənzillənmiş İslam İnkişaf Bankının köməyi ilə şəriət qaydalarına əsaslanan bankın yaratmaq niyyətindədir.

İslami maliyyələşmə üzrə baş məslətçi Behnam Qurbanzadə agentliyə deyib ki, hazırda Azərbaycan Nazirlər Kabineti və İslam İnkişaf Bankının birgə işçi qrupu gələn ildən ölkədə ayrıca islam bankının yaradılması üzərində işləyir.

“Bankın adı iki ay müddətində məlum olacaq. Bu bazarda yeni islam bankı olacaq”, – B.Qurbanzadə deyib.

Onun sözlərinə görə, bu gün bazarın uzunmüddətli maliyyələşdirməyə ehtiyacı var, bu maliyyələşdirmə kredit və borclara deyil, investisiya və tərəfdaşlığa əsaslanmalıdır.

Yeni islam bankı ofisdən kənar xidmət modelini tətbiq edəcək, bu əhalisini 93 fazini müsəlmanların təşkil etdiyi Azərbaycanda geniş müştəri bazasını əhatə etmək üçündür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR