Bakı sakinlərindən şikayət: 2 aydır donuruq

1456207416_0001Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1, blok 1-də yaşayan sakinlər Modern.az saytına şikayət ərizəsi yazıblar. Onlar ərizədə qeyd edirlər ki, artıq iki aydır ki, yaşadıqları binada mənzillərə istilik verilmir, insanlar soyuqdan donur.

Bununla əlaqədar “Azəristilik”in “Qaynar xətt”inə dəfələrlə zəng vurublar, Nəsimi rayon istilik idarəsinə dəfələrlə müraciət ediblər. Ancaq problem həll olunmayıb. Ərizəyə həmin ünvanda yaşayan Qasımov Qəhrəman, Hüseynov Ələsgər, Mustafayev Novruz, Rəhimova Leyla və Qəmbərov Rasim imzalayıb.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR