Baş həkimin pul sildiyi şirkətlərin – SİYAHISI

20160202-100645linkBeyləqan rayon Mərkəzi Xəstəxanasında maliyyə maxinasiyaları aşkarlanıb.

Qafqaznews.az arqument.az-a istinadla xəbər verir ki, baş həkim Əli Məmmədov yoxlanır. Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16 min 255 manat ayrılıb. Bu işlər də “Araş Medikal” MMC-nin imkanları hesabına qarşılanıb.

Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə “Aysu-2” MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17 min 905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində aparılıb. Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13 min 772 manat xərcləyib.

Baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman “Paritet” MMC vasitəsilə daha 23 min 820 manat əldə etməyə müvəffəq olub.

Qarşı tərəfi dinləməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR