BDU rektorluğunun yaratdığı ictimai şura səmərəli olacaqmı?

bd02aecf5c970503b7626409721cde7aBakı Dövlət Universiteti Elmi Şurasının BDU rektorluğu yanında yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının ilk iclası keçirilib. Professor Əjdər Ağayev Şuranın sədri, Məlahət Mürşüdlü sədr müavini, Mirzə Cəfərzadə isə katibi seçilib. İclasdan sonra şura üzvləri BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşüb, universitetin tədris prosesi, elmi laboratoriyaları və maddi-texniki bazası ilə tanış olublar. Rektor Şura üzvlərinə BDU-nun strukturu və inkişaf strategiyası, elmi və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib, nəzərdə tutulan hədəflərə nail olmaq üçün Şura tərəfindən dəyərli təkliflərin veriləcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Şuranın tərkibinə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, “Multimedia” İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, APA-Holdinq MMC-nin prezidenti Vüsalə Mahirqızı, millət vəkili Qənirə Paşayeva və əlaqələndirici şəxs kimi BDU-nun professoru, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev daxildir. Bildirilir ki, İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi BDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir (lent.az).  Bakı Dövlət Universitetində korrupsiya halları olması ilə bağlı informasiyalar müstəqil KİV-də tez-tez dərc olunur. Universitetin İctimai Nəzarət və Məsləhət Şurası bu cür hallarla mübarizə aparacaqmı? Cavab almaq üçün şuranın üzvü Osman Gündüzə müraciət etdik.osman-gunduz_645

Arif_Eliyev_iyul_2008_foto-1-1“Bu cür şuralar şəffaflıq və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xidmət edir”, – deyə O.Gündüz qeyd edib. Onun sözlərinə görə, sözügedən qurum universitet və ictimaiyyət arasndakı əlaqələrinin möhkəmlənməsi üçün təkliflər hazırlayacaq və bu təklifləi rektorluğa təqdim edəcək. “Bu Şura BDU-nun elmi şurasının qərarı ilə yaradılıb. Bu ictimai təşkilat Bakı Dövlət Universitetinin inkişafına xidmət edəcək”, – deyə ekspert vurğulayıb. “Bəs BDU-da korrupsiyaya qarşı mübarizə sizin ictimai təşkilatınızın vəzifələrinə daxildirmi?”, – deyə jurnalistimiz soruşub. “Əgər belə faktlar aşkarlansa, bizim təşkilat onların qarşısını almaq üçün təkliflər hazırlaya bilər”, – deyə İctimai Nəzarət və Məsləhət Şurasının üzvü bildirib.

“Sizə elə gəlmirmi ki, korrupsiyaya qarşı mübarizəni ictimai təşkilatlar yox, hüquq-mühafizə orqanları aparmalıdır?” – deyə müxbirimiz maraqlandı. “Korrupsiyaya qarşı mübarizənin vasitələrindən biri də şəffaflığın təminatıdır”, – deyə Osman Gündüz qeyd edib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin fikrincə, dövlət strukturları yanında yaradılan ictimai təşkilatların səmərəsi hər zaman az olur. “İctimai təşkilat yaradan dövlət orqanı hər zamanı bu təşkilatı öz tabeliyində saxlamağa çalışır”, – deyə A.Əliyev vurğulayıb. A.Əliyevin sözlərinə görə, BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması heç bir şey verməyəcək. “Əgər dövlət qurumu ictimai təşkilatla memorandum bağlasaydı, daha səmərəli olardı”, – deyə Arif Əliyev vurğulayıb.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR