Bıçaqlanan polis rəis oğlu imiş -YENİLƏNİB

66373Bakıda bıçaqlanan polislərdən ikisi Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb.
Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib.
Xəstəxanadan deyilib ki, onlardan biri isə evə buraxılıb. Tibb ocağından əlavə məlumat olmadığı söylənilib.(Axar.az)
***
Kafedə bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.(Report)
***
Qeyd edək ki, hadisə fevralın 2-nə keçən gecə Sabunçu rayonundakı “Emin” kafesində dava olub. 102 xidmətinə İlham Məmmədov soyadlı biri zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.
Sabunçu Rayon Polis İdarəsinin 5 nəfər əməkdaşı hadisə yerinə yollanıb. Kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb.
Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Hadisəni törədən Beyləqan sakinləri – əvvəllər məhkum olunmuş və polisə zəng etmiş 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikov saxlanıb.(Virtualaz.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR