“Borcluları həbslə qorxutmaq bankların özünə ziyandır”

ma`na`t-jpg20150221142931Mehman Muradlı: “Bu, vətəndaşlara psixoloji təzyiq vasitəsidir”

Ramiz Zeynalov: “Borclu vətəndaş cinayət məsuliyyətinə cəlb edilə bilməz”

: “Banaklara etimadın itməsi sələmçilərin ortaya çıxmasına imkan yaradacaq”

Banklara borcu olan şəxslərin məsuliyyətə cəlb olunması, hətta həbs edilməsi ilə bağlı Xəzər TV-nin hazırladığı süjet cəmiyyətdə birmənalı qarşılanmayıb. Qafqaznews.az-ın məlumatına görə, həmin materialda deyilir: “Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər. Bank kredit borcunu ödəməyən şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətmanə 1 ay müddətində icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır.

Şəxsin hər hansı bir əmlakı ortaya çıxarsa, həmin əmlak üzərinə həbs qoyulur və satılır. Əgər əmlak yoxdursa, borc əməkhaqqı, pensiya, təqaüd və sair gəlirlərdən çıxılır. İcra haqqında qanuna əsasən hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Hətta şəxsin heç bir yerdən gəliri yoxdursa belə, o, məsuliyyətdən yayına bilməz”. Məsələ ilə bağlı Qafqaznews.az saytına danışan Mehman Muradlı bildirib ki, üç ay müddətində borc ödənilməsə, kredit verən təşkilat üç dəfə xəbərdarlıq etməlidir, ondan sonra məhkəməyə müraciət edə bilər. Üç ay müddəti bitəndən sonra faiz hesabı dayanır. Bəzi banklar məsələni sadələşdirmək üçün əmr icraatı qaydasında məhkəməyə müraciət edir. Lakin borclu məsələyə ümumi icraat qaydasında baxılmasını tələb edə bilər. Məhkəmə də üç ay müddətində qərar çıxarmalıdır”.скачанные файлы

Mehman Muradlı bildirib ki, əgər borc girovlu kredit deyilsə, məhkəmə icraçısı tərəfindən əmlakın siyahısı hazırlanır, əmlak da ancaq hərrac qaydasında satıla bilər. “Maaşın 50 faizdən artığı banka yönəldilə bilməz. Əgər borclu olan şəxs işləmirsə, gəliri çox azdırsa, borcun strukturuzasiyası, ödəmə müddətinin uzadılması aparıla bilər. Həbs məsələsi cinayət məsuliyyəti halında ola bilər. Həbs məsələsi əsassız iddiadır. Yəqin ki, bəzi banklar televiziyalar vasitəsilə vətəndaşlara psixoloji təyiq göstərmək istəyirlər”, – deyə vəkil qeyd edib.скачанные файлы (1)

Hüquqşünas Ramiz Zeynalov da öz növbəsində bildirib ki, mülki-prosessual qanunvericilikdə belə hal yoxdur: “Boş və əssassız məlumatdır. Adi vətəndaşlardan söhbət gedirsə, heç bir cinayət işi qaldırıla bilməz. Qanun bunu qadağan edir. Ancaq banklar əmlak üzərində həbs qoyulmasını tələb edə bilər. Söhbət oliqarxlardan gedirsə, məsələn, ötən il Beynəlxalq Bankla bağlı hadisəni xatırlaya bilərik. Girovsuz kredit alanların hamısı Cahangir Hacıyev və Eldar Mahmudovla əlaqəli şəxslər olub. Onlara heç “oliqarx”d a demək olmaz. Girovsuz kredit alıblar, bir hissəsini Cahangir Hacıyev və Eldar Mahmudova veriblər, qalanını da mənimsəyiblər. Bu insanlar dövlətə zərbə vurublar və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Kiçik kredit götürən şəxslərə qarşı isə sərt addımlar yolverilməzdir. Bank hər hansı güzəştə getməklə bu problemi aradan qaldıra bilər. Görünür ki, televiziyalarla əlaqədə olan hansısa banklar cəmiyyətdə bu cür qorxunun yaranmasında maraqlıdırlar”. “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Rəna Səfərəliyeva bildirib ki, banklara borcuna görə hansısa vətəndaşın həbs olunması cəmiyyətdə mənfi nümunə yarada bilər.

6A1D2DA5-38B4-4B86-B67F-B6011920C0A1_mw1024_s_n“Bu çox səhv addımdır. İnsanları bu cür qorxutmaq olmaz. Ən birincisi, bu məsələ bankların özlərinə ziyandır. Şəxsən, mən eşitsəm ki, hansısa bank öz müştərisini, kredit alan şəxsi həbs etdirib, mən o bankdan kredit də almaram, heç bir əməkdaşlıq da etmərəm. Bankların bu gün əsas gəliri kreditlərdən, əmanət və maliyyə əməliyyatlarındandır. Banklar daha güzəştli şərtlər, aşağı faizlər təklif edə bilərlər. Yaxud, borclunun maddi durumuna uyğun olaraq restrukturizasiya həyata keçirilə bilər.

Həbs isə birmənalı surətdə bankların cəmiyyətdəki etimadına zərbə vuracaq”, – deyə R.Səfərəliyeva vurğulayıb. O qeyd edib ki, bankların cəmiyyətdəki etimadını itirməsi ilə sələmçilik sektoru inkişaf edəcək: “Yadınızdadırsa, 1990-cı illərdə sələmçilər çox idi və yüksək faizlə sələm verilməsi halları geniş yayılmışdı. Bu gün həbs məsələsi sələmçilərin yenidən ortaya çıxmasına şərait yaradacaq. İnsanlar banklara yox, sələmçilərə üz tutacaqlar”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR