Bu xəstəxanaya sağlam girən xəstə çıxar – ŞİKAYƏT VAR

1455784149_1Azərbaycanın müstəqilik illərindən az sonra əldə etdiyi sosial-iqtisadi nailiyyətləri, ölkə səhiyyəsinin davamlı inkişafı üçün əlverişli imkanlar yaradıb. Ölkədə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaş sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətində dönüş yaradaraq əhaliyə yüksək keyfiyyətli səhiyyə xidməti göstərilməsini təmin edib. Məhz bu baxımdan irəli sürülən regional dövlət proqramı, bölgələrdə səhiyyənin uğurlu şəkildə inkişaf etdirilərək müvafiq maddi texniki baza ilə möhkəmlənməsinə yönəlib. Lakin “ürəkbulandıran” mənzərəsi ilə bir çox bölgələrdən kəskin şəkildə seçilən Şirvan səhiyyəsində məsələ, tamamilə başqa cürdür. “Rüşvətsizliyiə son” devizi altında, korrrusiyaya geniş meydan verilən, uğursuzluğa düçar edilmiş Şirvan səhiyyəsi, keyfiyyət göstəricisini maddi göstərici ilə əvəz edən məsuliyyətsiz Teref.info dia.az-a istinadən yazır ki,baş Həkim Fərhad Səfərovun yol verdiyi qanunsuz əməllər qarşıllğında tənəzzülə uğrayır. Şirvan səhiyyəsi ilə əlaqədar bu gün əldə etdiyimiz daha bir şok ilgi ilə bağlı oxucularımızı məlumatlandırırıq. Şirvan şəhər Mərkəzi Xəstəxanasının 2 Saylı Terapiya Şöbəsində növbəti şok olay yaşanır. Vətəndaşların sağlamlığına nümayiş etdirilən növbəti etinasızlıq, məsuliyyətsizlik ucbatından adıçəkilən tibb müəssisəsində 5 gün elektrik enerjisinin olmaması ilə nəticələnib. Məlumatı ik öncə Eynulla İmanov adlı şəhər sakinindən aldıqdan dərhal sonra adıçəkilən xəstəxanaya, “Disneyland”-in ” mənfi nağıl personajlarının yaşadığı yarıuçuq, yarıdağılmış daxmasını xatırladan 2 Saylı Terapiya Şöbəsinə yollandıq. Həqiqətən də xəbərin doğru olduğunu, xəstəxananın elektrik sayğacındakı limit bitdiyindən şöbədə işığın olmamasının şahidi olduq. Çətinliklə də olsa, öyrənə bildik ki, məsələdə qaranlıq məqamlar mövcuddur. Məsələ ilə bağlı qurumun rəhbəri Mətanət Məmmədova ilə görüşmək istədik, lakin bizim media nümayəndəsi olduğumuzu görüb hərəsi bir tərəfə dağılan personal, sorumumuzu cavablandırmaqdan imtina etdi. Digər operativ mənbədən əldə etdiyimiz məlumatda məlum oldu ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Baş həkimi Fərhad Səfərov, adıçəkilən müəssisə rəhbərliyini “tənbeh etmək” adı ilə qurumun elektrik enerjisinə ayrılan vəsaiti “kəsib”. Baxmayaraq ki, uşaqlarına peyvənd vurdurmaq, eləcə də müəyyən tibbi arayış almaq istəyən minlərlə şəhər sakini adıçəkilən tibb müəssisəsinə üz tutur, lakin elektrik enerjisinin olmaması ucbatından çaşqınlıq içərisində qalır. Ərazi səhiyyə rəsmisi bir daha malik olduğu “meyarları” üzə çıxardaraq vətəndaş sağlamlığını şəxsi intriqaya qurban verdi. Biz Baş Həkim Fərhad Səfərovla telefon əlaqəsi yaratmağa çalışdıq, lakin Baş Həkimin başı bərk qarışıq olduğundan bizim telefonumuza cavab verilmədi. Görünür manatın devalvasiyasından sonra əhaliyə göstərilən tibbi xidmətlər üçün yeni “preyskurant” tərtib edir. Xatırladaq ki, son vaxtlar işinin öhdəsindən kəsinliklə gələ bilmədiyinə görə şəhər əhalisi tərəfindən tənqid atəşinə tutulan Fərhad Səfərov artıq tutduğu postdan getməyi planlaşdırıb.

Teref.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR