“Cəmi 6 min manat xeyrim olub” – Saxta pul kəsən şəxs (VİDEO – FOTO)

unnamed (4)80 min dəyərində saxta dollar kəsən dəstə tutuldu.

Respublikanın daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirib. Nəticədə dövriyyəyə 80800 saxta ABŞ dollarının buraxılmasının qarşısı alınıb.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində külli miqdarda saxta ABŞ dolllarını 49 min manata satmaq istəyən Beyləqan rayon sakini Emin Abuşov saxlanılıb. Onun üzərindən ümumilikdə 79600 dəyərində, 796 ədəd 100 dollarlıq saxta əsginaz aşkar edilərək götürülüb. Sorğu zamanı Emin Abuşov saxta pulları Əli və Vüqar adlı şəxslərdən satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq Gürcüstan Respublikasının vətəndaşı Əli Rüstəmov və Bakı şəhər sakini Vüqar Abbasov da tutularaq istintaqa təhvil verilib. Saxlanılan zaman Əli Rüstəmovun üzərindən əlavə olaraq 2, Vüqar Abbasovdan isə 10 ədəd saxta 100 ABŞ dolları aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədi ilə istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Region TV)

unnamed (3) unnamed (5) unnamed (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR