Departament rəisinin milyonluq mülkləri – FOTOLAR

20160219-104250linkDövlət Dəmir Yolu İdarəsinin Departament rəisi Çingiz Məmmədovun Gəncə, Bakı, Xaçmaz və Qubada milyonluq mülklərinin şəkilləri yayılıb

Ötən günlərdə Dövlət Dəmiryolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun inanılmaz sərvətə malik olduğu barədə məlumat vermişdik.

Həmin məlumatda qeyd olunurdu ki, sözügedən şəxs Dəmir Yolu İdarəsinin həyata keçirdiyi bütün tenderlərə nəzarət edib və sifariş edilən işləri həyata keçirən iş adamlarının pullarını bu günə qədər ödəməyib.

Sahibkarlar Camal Əhmədli, Cavanşir Əsgərov və Rahid İbadi bildirmişdilər ki, Çingiz Məmmədov bu günə qədər onlara verilməli olan 394 min manatı ödəməkdən imtina edir. Məsələ ilə bağlı bütün dövlət qurumlarına etdikləri müraciətlərin cavabsız qaldığını qeyd edə niş adamları xeyli məbləğdə ziyana düşdüklərini və çıxılmaz vəziyyətdə olduqlarını vurğulamışdılar. Onlar dövlət başçısından məsələnin həlli ilə bağlı dəstək istədiklərini də qeyd etmişdilər.

Bu gün isə Çingiz Məmmədovun ölkənin müxtəlif yerlərində dəyəri milyonlarla manat olan mülkləri və obyektlərinin fotoşəkilləri redaksiyamıza-a göndərilib. Oxucularımızdan biri tərəfindən göndərilmiş fotolarda Dövlət Dəmir Yolu İdarəsi Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbərinin Bakı, Quba, Xaçmaz, habelə Gəncədə inşa etdirdiyi milyonluq tikintilər əksini tapıb.

Qeyd edək ki, Çingiz Məmmədova məxsus olan ən bahalı mülk Bakı şəhəri, Koroğlu küçəsi 12 ünvanında yerləşir. Bu villanın dəyərinin bir neçə milyon manat olduğu bildirilir.

Qubada İ.Dağıstanlı küçəsi 2 ünvanında inşa edilmiş villanın isə dəyəri Bakıdakından bir qədər ucuzdur. Lakin bu villanın da milyon manatdan artıq qiymətinin olduğu deyilir.

Xaçmaz rayonunda tikilməkdə olan, hazırda tamamlanma işləri aparılan Şadlıq Sarayına gəldikdə isə onun Dəmir Yolu İdarəsinin Mədəniyyət Klubunun yerində inşa edildiyi göstərilir. Mənbə qeyd edir ki, həmin Mədəniyyət Klubu sökülərək, yerində Çingiz Məmmədovun həyat yoldaşının adına olan Şadlıq Sarayı inşa etdirilir.

Gəncə şəhərində yerləşən 1,2 hektar ərazi isə Dəmir Yolu İdarəsinin balansından çıxarılaraq, Çingiz Məmmədov tərəfindən özəlləşdirilib. Bu özəlləşdirmədən sonra həmin ərazidə böyük ticarət dükanları inşa edilib, hazırda istifadədədir. Belə ki, bu dükanlar yerli sahibkarlara icarəyə verilib.

Bir başqa obyekt isə Gəncə şəhəri, Heydər Əliyev Prospektində yerləşən NQÇ-nin keçmiş binasıdır. Məlumat verən mənbələr vurğulayıblar ki, həmin bina da Çingiz Məmmədov tərəfindən özəlləşdirilib.

Qarşı tərəfi də dinləməyə hazırıq. (jam.az)1455836919_c17 1455836756_c2 1455836767_c3 1455836791_c5 1455836812_c7 1455836822_c8 1455836834_c9 1455836866_c12 1455836877_c13 1455836887_c14 1455836910_c16

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR