Deputatlar dövlət büdcəsinə yenidən baxacaqlar

235200Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Qafqaznews.az bildirir ki, Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.

Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR