Dezinfeksiya ancaq varlılar üçündür?

46e992de-af85-4ce0-851e-768c50ad41e3-1Fevralın 13-də Qafqaznews.az saytında ““Donuz qripi”ndən peyvəndlər ancaq varlılar üçündür” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevadan sitat gətirilirdi: “Arzu edənlər özəl klinikalarda “donuz qripi”nə qarşı peyvəndlənə bilərlər”. O bildirib ki, “donuz qripi” təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir: “Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır”. Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb. “Azərabaycanda “donuz qripi”nə yoluxma halı baş verməyib”, – deyə A.Əliyeva cavab verib.

“Peyvəndləmə yoluxma hallarının qarşısını almaq üçün həyata keçirilmir?”sualına Afaq Əliyeva belə cavab verdi: “Qripə qarşı peyvəndləmə avqustun sonunda və sentyabrın əvvəlində aparılır. Bu vaksinasiyalar insan immunitetini gücləndirir və bu müddətdə xəstələnmirlər”. “Sözügedən “donuz qripi”nin qığılcımları Azərbaycanla həmsərhəd ölkələrdə müşahidə olunub”, – deyə müxbirimiz qeyd edib. “Bəli, “donuz qripi” hələ ötən ilin dekabrında Azərbaycanla qonşu ölkələrdə peyda olub. Bizdə bu qripin ölkəmizə soxulmasına qarşı hər cür tədbir alınır. Arzu edənlər özəl klinikalarda peyvənd oluna bilərlər”, – deyə mərkəz diektorunun müavini qeyd edib. “Bu o deməkdir ki, kimin maliyyə imkanı yaxşıdırsa, o da “donuz qripi”ndən müdafiə oluna bilər. Bəs buna imkanı çatmayanla nə etsin?”, – deyə qafqaznews.org-un əməkdaşı soruşub.56b350c381e84.-1-300x200

“Ancaq bir şey deyə bilərəm ki, “donuz qripi”ndən peyvəndləmə nəzərdə tutulmur”, – deyə Afaq Əliyeva bir daha bəyan edib. Fevralın 18-də Trend Afaq Əliyevaya istinadən məlumat yaymışdı ki, Azərbaycanın təhsil müəssisələrində həftədə iki dəfə dezinfeksiya aparılır. Məlumata görə, A.Əliyeva Sumqayıt, Mingəçevir, Gəncə və Abşeron rayonlarındakı məktəblərdə A/H1N1 virusu təhdidləri ilə bağlı dezinfeksiya aparılır. Görəsən, niyə məhz təhsil müəssisələrində dezinfeksiya aparılır? Axı, vətəndaşların toplaşdığı başqa yerlər də, məsələn, sənaye müəssisələri, metro və digər ictimai obyektlər də mühüm sayıla bilərdi. Biz bu sualı Afaq Əliyevaya ünvanladıq. “Mən dezinfeksiyanın həftədə iki dəfə aparıldığını deməmişəm. Bu heç mümkün də deyil. Mən demişdim ki, məktəblərdə təkrar dezinfeksiya həyata keçirilir”, – deyə A.Əliyeva vurğulayıb.

“Axı toplaşma yerləri təkcə məktəblər sayılmır”, – deyə müxbirimiz qeyd edib. “Bu sualla Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə rəisi Ziyəddin Kazımova müraciət edin”, – Afaq Əliyeva deyərək dəstəyi asdı. Z.Kazımov qafqaznews.org saytına bildirib ki, dezinfeksiya işləri nazirin göstərişinə əsasən şəhər ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrində aparılır. “Dezinfeksiya işləri fevralın 15-də başa çatıb. Əgər kimsə öz mülkiyyətinin dezinfeksiya olunmasını istəyirsə, yerli dezinfeksiya xidmətlərinə müraciət etsinlər. Bu xidmətlər ödənişli əsasla dezinfeksiya işləri görürlər”, – deyə Z.Kazımov əlavə edib.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR