“Domodedovo”nun sahibi saxlanıldı

kamenchik700Ona qarşı ittiham irəli sürülüb.

Rusiyanın İstintaq Komitəsi “Domodedovo” aeroportunun faktiki sahibi Dmitri Kamenşikə qarşı ittiham irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin verib.

Məlumata əsasən, o, həbs edilib və hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxıldığı bildirilir.

Qeyd edək ki, Hava limanının gözləmə zalında terror aktı 2011-ci il 24 yanvar tarixində baş verib. Kamikadzenin əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində 37 nəfər ölüb, 172 nəfər yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR