“Donuz qripi”nə qarşı mübarizə televiziyalarda aparılır?

azerbaycanda-donuz-qripine-yoluxma-fakti-qeyde-alinib_156b2040f9e32c-xebervar_comAzərbaycanla qonşu ölkələrdə – Türkiyə, Rusiya, İran və Gürcüstanda “donuz qripi”nə yoluxan insanların sayı artır. Hava-damcı yolu ilə yayılan bu xəstəlik bütün ölkələri təcili tədbirlər almağa məcbur edir. Lakin Azərbaycanın dövlət strukturları iddia edirlər ki, indiyə qədər ölkədə bu virusla yoluxma halı qeydə alınmayıb. Görəsən, məsul şəxslər “donuz qripi”nin Azərbaycana soxulmasına yol verməmək üçün hər şeyi edirlərmi? Qafqaznews.az olaraq, bu 878f61433313522_nizami-ceferov1-300x225-1-300x225barədə bir sıra millət vəkillərinin də fikrini almaq istədik. Təəssüf ki, millət vəkili Fəzail Ağamalı bu mövzuda danışmaq istəmədi. “Bunun mənə aidiyyatı yoxdur”, – deyə deputat bildirib. O zaman biz digər millət vəkili- Nizami Cəfərova müraciət etdik. “Bu məsələ mənim ixtisasıma dair deyil. Mən bu barədə heç nə bilmirəm… Amma əlbəttə ki, “donuz qripi”nin Azərbaycana yol tapması üçün tədbirlər görmək lazımdır. Telekanallarda verilən informasiyaları təhlil etsək, bütün lazımi tədbirlər görülür”, – deyə Nizami Cəfərov qeyd edib.

Nizami Əlisoy

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR