“Efirə çıxıb ağızlarına gələni danışırlar” (VİDEO )

unnamed (1)“Nökərə çevrilən müğənnilərdən deyiləm”

“Bəzi xalq artistlərimiz ucuz reklama əl atdılar”

“Yekə-yekə danışırlar, milyonlar da baxıb deyir ki, kimsən e, sən?”

Müğənni Aslan Hüseynov Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən ifaçı həmkarlanı sərt şəkildə tənqid edib: “Bəzi ifaçılar şah-padşah olub, sonradan nökərə çevriliblər. Mən onlardan deyiləm. Hətta xalq artistlərimiz var ki, əvvəl guruldadılar, sonra da özlərini ucuz reklam elədilər. Elə ucuz gündəmdə qalmaqdansa qalmamaq yaxşıdır. Səhər, gündüz, axşam efirə çıxıb ağızlarına gələni danışırlar. Olmayan söhbətləri deyirlər. Yekə-yekə danışırlar. Səni izləyən milyonlar da deyir ki, kimsən e, sən? Mən elə şeylər etmək istəmirəm. Ad çəkməsəm də, düşüncəli tamaşaçılar kimləri nəzərdə tutduğumu anlayırlar. Söhbət ondadır ki, sən özün olasan, yenilik gətirəsən sənətə. Mən çox yenilik gətirmişəm sənətə, paxıllar bunu qəbul etmirlər”.

Sənətçi yeni yaradıcılıq işlərindən danışıb: “Yeni duet ifa etmişəm. Mahnının da adı “Sən nə desən, haqlısan”dır. Məncə yaxşı bir mahnı alınıb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR