Gəlin küçə ortasında bəyi döyüb ondan ayrıldı (VİDEO)

1455627541_328489Rusiyanın Tula şəhərində maraqlı hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, şəhərin mərkəzində gəzintiyə çıxan bəy və gəlin qəflətən dalaşmağa başlayıb. Maşını saxladan gəlin avtomobildən düşərək qaçmağa çalışıb. Vəziyyətə müdaxilə etmək istəyən bəy isə gəlini avtomobilə mindirmək istəyib.

Küçə ortasında dalaşan bəy və gəlini yoldan keçənlər heyrətli baxışlarla izləyib. Bəy nə qədər cəhd etsə də gəlini avtomobilə minməyə razı sala bilməyib. Gəlini qolundan tutub məcburi aparmaq istəyən bəy gözləmədiyi reaksiya ilə qarşılaşıb. Belə ki, gəlin əlindəki gül buketini bəyin başına çırpıb və qaçmağa başlayıb.

Bəyi isə gəlinin arxası ilə getmək əvəzinə onu söyüb və avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR