Gəncəli Edisonun “Dobutamin” bazarlığı… – ŞİKAYƏT VAR

1456720301_997Gəncədən DİA.AZ-a yazan narazı vətəndaşın şikayəti yerli dərman alverçilərinin fırıldağındandır. Şikayətçi bildirir ki, Bakıda və hətta Azərbaycandan kənarda olduqca ucuz qiymətə olan dərmanları Gəncədə qat-qat bahasına almalı olurlar ki, bunda da yerli “dərman mafiyası”nın iştirakı var.

Dia.az-a daxil olan müraciətdə deyilir:

“Mən və mənim kimi bir neçə xəstə Gəncədə fəaliyyət göstərən dərman mafiyasının qurbanıyıq. Belə ki, Gəncə şəhər kardioloji xəstəxanasının həkimi olan Nəzirov Edisonun qəbuluna düşdükdən sonra O, bizə “Dobutamin” adlı dərman preparatını resept olaraq yazmış və bizi xəstəxanın yanındakı aptekə həmin dərmanı almaq üçün göndərmişdir. “Dobutamin” preparatını biz 160 manata aldıq. Lakin, Bakıdan və Moskvadan qohumlarımdan aldığım məlumata görə bu dərman Bakıda 12-14 azn, Moskvada isə bizim manata çevirdikdə 8-9 azn qiymətinədir”.

Daha sonra narazı vətəndaş dia.az-a yazır: “Gəncədə bu preparatı qanı bahasına satan apteklər var. “Dobutamin” preparatını isə ancaq Nəzirov Edison xəstələrə təyin edir və israrla onlara bildirir ki, həmin dərmanı məhz o dediyi apteklərdən alsınlar. Əks halda Edison həkim xəstələri müalicə etməkdən boyun qaçırır, onları dərmanı qəbul etməyəcəkləri təqdirdə ölə biləcəkləri ilə hədələyir.

Mən kasıb adamam, əliləm, işləmirəm, mənim kimi bir neçə xəstə də aptek və həmin həkim tərəfindən aldadılıb. Heç 12 manata olan dərmanı da 160 manata satarlar? Bu dərman mafiyasının güclü olmasından və arxayınlıqdan xəbər verir. Xahiş edirəm səsimizi aidiyyatı qurumlara çatdırın”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR