Hacı Quliyev: “Kişi evə pul gətirmirsə…”

haci-quliyev-lider-tv“Bu gün karyera yolu elədir ki, qadın da başqa cür, kişidə də başqa cür alınır. Amma heç cür demək olmaz ki, kişi evə az pul gətirirsə, bacarıqsızdır və yaxud fərasəti yoxdur. Kişi həyatda özünəuyğun iş tapa bilmir və nəticədə evə az pul gətirir. Bu o demək deyil ki, ailədə qadının hökmü olmalıdır.”

Qafqaznews.az biuldirir ki,bunu “Lider” televiziyasında Mətanət Ağamirlinin təqdimatında yayımlanan “Seçim” verilişində qonaq olan ictimai xadim, ekspert Hacı Quliyev deyib. “Ailəyə qazancı ən çox kişi, yoxsa qadın gətirməlidir?” mövzusunu müzakirə edən H.Quliyev bildirib ki, bu mövzu Avropa və yaxud Amerika tok-şoularında müzakirəyə qoyulsaydı, bu dərəcədə əhəmiyyət kəsb etməzdi:

“Təbii ki, Azərbaycanın özünəməxsus milli-mənəvi dəyərləri var. Ailədə kişinin hökmü, sözü var. Bunu tərəzinin bir tərəfinə qoyaq. Digər tərəfinə isə gender bərabərliyini qoyaq. Bundan başqa, dövlət strategiyamız da var ki, bu da milli-mənəvi dəyərləri qorumaq şərtiylə dünyaya inteqrasiya olmaqdan ibarətdir. Belə mözuları müzakirə edərkən, çaşqınlıq yaranır: bu dəyərlərimizi inteqrasiya edən zaman itirəcəyik, yoxsa qoruyub-saxlaya biləcəyik?”

Veriliş zamanı auditoriyada əyləşən gənclərdən birinin (“Həmin həyat yoldaşı nəyimə lazımdır ki, evə pul gətirməyəcək?”) kəskin fikrinə, H.Quliyev təmkinlə cavab verib:

“Qadınların əksəriyyəti elə düşünürlər ki, məhz kişilər evə pul gətirməlidirlər. Bu səbəbdən də münaqişələr yaranır. Düşüncələr dəyişməlidir. Kişi evə pul gətirmirsə, həyat yoldaşı ona dəstək olmalıdır. Azərbaycan qadınından, ailə dəyərlərindən danışırıq. Onda, kişi evə pul gətirmək imkanından məhduddursa, qadın ailəni tərk etməlidir? Unutmayaq ki, Azərbaycan ailəsi sevgi və qarşılıqlı hörmət üzərində qurulur.”

İctimai xadim onu da qeyd edib ki, dövlət büdcəsi təyin olunması üçün dövlətdə qadın-kişi fərqliliyi yaranmır:

“Düşünürəm ki, ailələrimiz də bu cür stereotiplər müəyyən səviyyədə qırılmalıdırlar. Kişi və qadın ailəsi uğrunda mübarizə aparmalıdır, kim nə bacarırsa çalışmalıdır və müəyyən hədəflərə doğru irəli getməlidir.”

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR