Əhməd Davudoğlu: “Əsla geri addım atmayacağıq”

972034953eaa28eebd678312f5381b2bTürkiyənin  baş nazir  Əhməd  Davudoğlu  Ankarada baş vermiş terror aktı ilə bağlı   bəyanat verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Əhməd Davudoğlu bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı aparılan mübarizədən geri addım atmayacaq.

“Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəfə alan bu mənfur hücumu həyata keçirənlər məqsədlərinə çatmayacaqlar. Bütün terror təşkilatlarına qarşı apardığımız mübarizədə əsla geri addım atmayacağıq. Türkiyə Cümhuriyyəti  öz milli təhlükəsizliyini qoruyacaq, insani dəyərləri  müdafiə etməyə davam edəcək. Millətimə səbir, təmkin və mətanət arzulayıram “, bəyanatda deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR