İlham Əliyev İrandadır

2007282Səfər başladı.

İranın paytaxtında Sədabad sarayında bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az İran KİV-nə istinadən xəbər verir ki, qarşılanma zamanı Azərbaycan və İranın Dövlət himnləri səslənib.

Hər iki ölkənin liderlərini fəxri qarovul salamlayıb və sonra yüksəkvəzifəli heyət bir-birinə təqdim olunub.

Səfər zamanı hər iki ölkənin yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçiriləcəyi və prezidentlərin iştirakı ilə sazişlərin imzalanacağı gözlənilir.

İran İslam Respublikası və Azərbaycan prezidentləri iki dövlət arasında regional və beynəlxalq sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə dair danışıqlara başlayıblar, – İran KİV yazır.

2007284

2007285

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR