İlhamənin həbsdə olan köməkçisi dözmədi və…

1455628565_0001Xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynova Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Qafqaznews.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı T.Hüseynov Publika.az-a açıqlamasında məlumat verib:

“Bakı Apellyasiya Məhkəməsi ədalətli qərar çıxarmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Qızım anası ilə görüşüb. Vəziyyəti normaldır. Onu narahat edən və incidən haqsızlıqla qarşılaşmasıdır. Məhz buna dözə bilmirki, türməyə sifarişlə salınıb. O, günahsızdır”.

Qeyd edək ki, M,Hüseynova Bakı İstintaq Təcridxanasında saxlanılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR