Hillari Klinton: “O gündən sonra insanlar da hürürdülər”- Video

img2009058FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-da seçki marafonunda iştirak edən Departamentin sabiq rəhbəri Hillari Klinton rəqiblərini gözdən salmaq üçün maraqlı addım atıb.
Klinton Nevada ştatında çıxışında həyat yoldaşı Bill Klintonun 90-ci illərdəki seçki marafonuna işarə edərək, bir əhvalat danışıb. Xanım Klinton deyib: “O zaman seçki təbliğatında Arkanzas ştatından yayımlanan radioda aparıcı bildiridi ki, onun yalanı hiss edən iti var. Ona görə də hər hansı bir namizəd yalan danışarsa o duyur və hürməyə başlayır. İt radioda hürməyə başladı. O gündən sonra insanlar da hürürdülər.”
Klinton daha sonra əlavə edib: “Mən qalmışam bu Respublikaçılarla nə edim. Ona görə həmin iti onların dalınca göndərmək lazımdır ki, yalan danışdıqları vaxt it “hav-hav” deyə hürsün.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR