İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı

83b879a54af74f8fe898e5843edd4468Terrorçular partlayıcı bağlanmış motosikletləri bazarda partladıblar

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

 

APA-nın “Sky News”a istinadın verdiyi məlumata görə, İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

 

Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.

 

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR