Jurnalist Rüfət Əhmədzadə təqib olunur: “Sonuncu dəfə Adil Əliyevin yaxın adamı təhdid etmişdi”

 11997355_180226145684120_1283457857_nRüstəm Rüstəmov ondan açıqlama alan jurnalistə sonradan zəng edərək, “Sənin yerini tapacam” deyib

O, həmin telefon söhbəti zamanı iki il Aznews.az saytının direktoru olduğunu etiraf edib

Qafqaz Xəbər Agentliyinin əməkdaşı, tanınmış yazar-jurnalist Rüfət Əhmədzadə son günlər naməlum şəxslər tərəfindən təqib olunur. Bu barədə Qafqaznews.az saytına jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, son günlərdə idmançı bədən quruluşuna malik bir neçə şəxs onun yaşadığı Masazır qəsəbəsinə gələrək, müxtəlif sakinlərdən Rüfət Əhmədzadəni tanıyıb-tanımadıqlarını soruşublar. “Hətta mənim yaşadığım küçəyə qədər də gəlib çıxıblar. Sakinlərdən eşitdiyimə görə, nə vaxt gedib-gəldiyimlə də maraqlanıblar. Onlardan kim olduqlarını soruşanda isə cavabdan yayınıblar. Fevralın 20-də isə axşam avtobusdan düşüb evə gələrkən, küçəmizin girişind14555500691396024661_1000x669ə qara paltolu iki nəfər durmuşdu. Mən evimizə doğru istiqamət aldıqda onlardan biri ayrılıb mənim ardımca gəldi. Mən evə girəndə sonra tini buruldu.

Amma mən darvazanın qapısını aralı saxlayıb izləyəndə gördüm ki, həmin şəxs yenidən küçənin başına qayıdır. Görünür, mənim ünvanımı dəqiqləşdirmək istəyirdilər”. Jurnalist həmin şəxsin qara papaq geydiyini və şərflə üzünü örtdüyünü bildirib: “Hündürboy, idmançı bədən quruluşuna malik bir gənc idi”. Rüfət Əhmədzadə bu “axtarış”ların yazıları və araşdırmaları ilə bağlı olduğunu istisna etməyib: “Dəqiq şübhələndiyim və ya əmin olduğum bir şəxs yoxdur.
Lakin bir neçə gün əvvəl saytımızda “Adil Əliyevin keçirdiyi çempionatda 600 idmançıdan pul yığılır – İDDİA” başlıqlı yazı dərc olunmuşdu. Həmin materialla bağlı mən bir neçə nəfərə, o cümlədən Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli və federasiyanın mətbuat katibi Elnur Eltürkə zəng etmişdim. Həmçinin, məlumatda adı hallandırılan şəxslə – federasiyanın keçmiş baş katibi və hələ də Adil Əliyevin yaxın adamı olan Rüstəm Rüstəmovla əlaqə saxlamışdım”. R.Əhmədzadənin sözlərinə görə, onun telefon zənglərində məqsədi bu məlumatın səhihliyini araşdırmaq və qarşı tərəfin mövqeyini işıqlandırmaq olub. “Rüstəm müəllim federasiyada “mühüm işlərə baxdı14555500695174015349_1000x669ğın”ı demiş və “idmançılardan adambaşı 20 manat yığılması” ilə bağlı iddianı da təkzib etmişdi. Mən də jurnalist etikasına uyğun olaraq, açıqlamaları əlavə təhrif olmadan redaktora təhvil vermiş, başqa işlər üçün redaksiyadan çıxmışdım.

Növbəti gün Rüstəm Rüstəmov dəfələrlə redaksiyanın telefonuna zəng edib və məni dəstəyə çağırmalarını tələb edib. Özüm günorta saatlarında redaksiyaya gəldiyimdə gördüm ki, iş yoldaşım Rəşad Rüstəmov telefonda kimlə isə mübahisə edir, zəng edənin Rüstəm Rüstəmov olduğunu öyrəndikdə dəstəyi aldım, mədəni şəkildə qarşı tərəfi sakitləşdirməyə çalışdım”. Lakin jurnalistin sözlərinə görə, Rüstəm müəllim əsəbi səs tonu ilə ondan məlumatı verən mənbəni və onun telefon nömrəsini verən şəxsin kimliyini açıqlamağı tələb edib. “O, inadla görüşmək istədiyini deyirdi. Mənsə təhlükəsizlik baxımından bu riski almaq istəmədim, çünki həmsöhbətim çox əsəbi idi. Ona izah etdim ki, mənbəni yalnız məhkəmə qaydasında, hakim vacib bilərsə açıqlaya bilərik. Amma ona qarşı qərəzim olmadığını və mövqelərinə obyektiv yanaşdığımı dedim.

Lakin Rüstəm Rüstəmov məni təhdid etdi, “sənin yerini tapacam” dedi. Daha sonra dəstəyi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədov aldı, o da Rüstəm Rüstəmov tərəfindən eyni təhdidlər və kobudluqla üzləşdi. Araz Məmmədov normal dialoq qurmağa çalışsa da, R.Rüstəmov ona da “gəlib sizi tapacam”, “mən bunu belə qoymayacambI5gEa5E8Hq5” deyərək dəstəyi asdı”, – deyə R.Əhmədzadə qeyd edib. Jurnalist əlavə edib ki, məsələ ilə bağlı bütün telefon danışıqları qeydə alınıb və lazımi instansiyalara təqdim edilə bilər. “Mən həmin şəxsin o vaxt əsəbi olduğunu anlayıram. Bəlkə də, bu məsələdə tamam başqa adamların rolu var. Amma hər ehtimala qarşı, ictimaiyyəti də məlumatlandırmağı, hər hansı təhlükə yaranacağı halda Azərbaycan jurnalistinin “yiyəsiz” olmadığını hər kəsin diqqətinə çatdırmaq istəyirəm.

Belə ki, istənilən an kimlərinsə tərəfindən döyülə, təzyiqlərə məruz qala bilərəm. Məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmadığıma görə, sonra peşman olmaq istəmirəm”, – deyə jurnalist vurğulayıb. aznewsQeyd edək ki, R.Rüstəmov həmin telefon söhbəti zamanı iki il Aznews.az saytının direktoru olduğunu deyib. Onsuz da, mətbuatda Aznews.az saytının deputat Adil Əliyevə məxsus olması barədə şayiələr gəzirdi. Adil Əliyevin prezidenti olduğu federasiyada bundan qabaq baş katib olan, hazır da da “mühüm işlərə baxdığını” deyən bir adamın saytla bağlı etirafı da maraq doğurur.

Belə ki, bu etiraf Adil Əliyevin media biznesi barədə şayiələrin heç də boşuna olmadığını deməyə əsas verir. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Qafqaz Xəbər Agentliyi olaraq, əməkdaşımız və həmkarımız Rüfət Əhmədzadənin təhlükəsizliyinin təminatı üçün əlimizdən gələni edəcəyik. Aidiyyatı olan qurumlardan bu istiqamətdə gərəkli həssaslıq və diqqət gözləyirik.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR