Jurnalistləri sevməmək üçün 10 səbəb

jurnalssBu gün Primetime.az saytında Rusiya mətbuatına istinadən “Jurnalistə aşiq olmaq üçün 10 səbəb” adlı material sosial şəbəkələrdə geniş maraq yaratdı

Qafqaznews.az saytı mövzunun diqqət mərkəzində olduğun nəzərə alaraq, xarici mətbuata istinadən jurnalistlərə aşiq olmamağın 10 səbəbini tapıb.
Həmin səbəbləri təqdim edirik.
1. Onlar sizdən öz yazılarında isitfadə edəcəklər
Əgər sizin münasibətdə olduğunuz jurnalist köşə yazarıdırsa, qadın-kişi münasibətlərindən yaxud belə münasibətlərə illüziya yaratmağa imkan verən mövzuda yazırsa, əmin olun ki, siz onun mətnlərində yer alacaqsınız. Aşkar şəkildə olmasa da, bunu mətndən hiss edəcəksiniz.
2. Onları aldatmaq müşkül məsələdir
Onlar sizin nə vaxt yalan danışdığınızı, nə vaxt səmimi olduğunuzu və nə vaxt darıxdığınızı o saat hiss edəcəklər. Oları müsahibə vaxtı (hətta bu müsahibə telefonla olsa belə) həmsöhbətin intonasiyasından hər şeyi hiss etməyə öyrədiblər. Eyni zamanda, jurnalistlərin əksəriyyəti fotogenik yaddaşa malikdir.
3. Onlara deyilən heç bir sözü unutmurlar
Fərqi yoxdur, canlı ünsiyyət vaxtı, telefonda, yaxud məktubda – jurnalistər sizin ona dediyiniz hər sözü, cümləni yaddaşlarında saxlayırlar. Və lazım olan məqamda onlar həmin sözləri sizə xatırladacaqlar. Ona görə jurnalistlərlə ünsiyyətdə ehtiyatlı olun ki, işlətdiyiniz hər bir söz sonradan sizə qarşı istifadə oluna bilər.
4. Opponentinin hər sözündə səhv axtarırlar
Jurnalistlərin işi sözlə bağlı olduğu üçün onlar həmin sözlərin düzgün yazılışına və tələffüzünə çox həssasdırlar. Siz hər dəfə səhv etdikcə, onlar səbrlə sizin səhvinizi düzəldəcəklər. Çox jurnalistdə qrammatikaya həvəs anadangəlmədir. Ona görə bu peşə adamı ilə olarkən sözlərin deyilişinə və tələffüzünə xüsusi diqqətlə yanaşın.
5. Onlar sosial şəbəkə “xəstəsidirlər”
Evdə və işdə mətn yazmaqla məşğul olan jurnalistlər, asudə vaxtlarında da Facebook, Twitter, İnstagram və digər şəbəkələrdən çıxmırlar. Sosial media üzrə ekspert olmaq hər bir jurnalistin əsas hədəflərindəndir.
6. Onlar kafe-restoran seçimində çox “kaprizlidirlər”
Jurnalistlər kafe-restoran seçimi etmək lazım gələndə çox həssas olurlar. Onlar üçün “McDonalds” nahar etmək üçün prestijli yer sayılmır. Jurnalistlər ancaq dəbli və müasir kafe-restoranlara getməyə üstünlük verir.
7. Onlara həmişə şəxsi istirahət vaxtı lazımdır
Adətən, işlə bağlı araşdrımalar, həmkarlarla ünsiyyət və dostlarla görüşlər jurnalisti zehni və fiziki yorğunluğa gətirən amillərdir. Bu səbəbdən onlar üçün bəzən təklikdə qalmaq, beynini təmizləmək və yenidən yüklənmək çox vacibdir. Bu zaman onlara heç kəs, hətta ailə üzvləri də mane olmalı deyil.
8. Onlar məsuliyyətdən azad olmaq istəyirlər
Jurnalistlər peşə fəlaiyyətləri müddətində onlarla, yüzlərlə insanın taleyini işıqlandırırlar. Amma öz yazılarının qəhrəmanlarını sonradan heç yada salmırlar. Materialların tirajı, oxunma sayı insan taleyindən, həmin qəhrəmanın ideallarından daha üstündür. Bəzən şəxsi həyatda da jurnalist az olanla kifayətlənir və üzərinə daha böyük məsuliyyət götürmək istəmir.
9. Onlar eqoistdirlər
Jurnalistlərin əksəriyyəti cəmiyyət və idealları üçün xidmət etmir çünki onlar həmin anlayışların heç birinə inanmırlar. Bütün vasitələrlə jurnalist öz professional və şəxsi ambisiyalarını həyata keçirmək istəyir. Sensasiya və məşhurluq xatirinə jurnalistin etməyəcəyi bir şey yoxdur.
10. Onlar hamının xoşuna gəlmək istəyirlər
Jurnalistlər hamının xoşuna gəlməyə çalışırlar. Fərqi yoxdur, öz müdiri, haqqında yazdığı dövlət adamı, görüşdüyü dostları, həmkarları, yaxud tənqid etdiyi konkret sahə adamı. Jurnalistlər yuxarıda da yazılıdğı kimi, eqoist olduqları üçün hər şeydə, hər kəsdə özünə sərf edən cəhətlər axtarır və heç kəslə (xüsusən, nüfuz sahibləri) münasibətləri pozmamağa səy göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR