Kanadanın baş naziri gey-paradda iştirak edəcək

upload-01-2015-11-04T194248Z_438018234_TB3EBB41IR2HW_RTRMADP_3_CANADA-POLITICS-pic4_zoom-1500x1500-98107“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm”.

Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.

Parad iyulun 3-də baş tutacaq. Hazırkı baş nazir bu qəbildən olan tədbirdə iştirak edən ilk baş nazir olacaq.

“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir qismində”, – Tryudo gey-paradda öz iştirakını Twitter-dəki mikrobloqunda  şərh edib.

Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR