Komitə sədri 170 minlik rüşvətdən danışdı

20160219-155515linkAdı bir müddətdir ki, 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib.

AzNews.az-a açıqlama verən H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib: “Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbətdə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib”.
H.Hüseynova jurnalistlərə də çağırış edib: “Jurnalistərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə dövlət məmurları haqqında belə şeyləri yazanda bir fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR