Messi böyrəklərindən əməliyyat keçirəcək

article-0-1CC2D70300000578-148_634x435Arqentinalı hücumçu 2 gün sonra məşqlərə qayıdacaq.

“Barselona” və Arqentina yığmasının futbolçusu Lionel Messi fevralın 9-da böyrəklərindən əməliyyat keçirəcək.

Oxu.Az Sport.es-ə istinadən xəbər verir ki, Messinin böyrəklərində daş aşkarlanıb.

Nəşrin məlumatına görə, futbolçu ağrıların olmadığını bildirib.

Əməliyyat yüngül xarakterli olacaq və hücumçu elə həmin gün evinə qayıda biləcək, fevralın 11-də isə o “Barselona”nın heyətində məşqlərə qayıdacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR