Messiyə rekord maaş: addımına 58 avro

403230“Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi yeni müqaviləsi ilə rekord məbləğdə pul qazanacaq.

Qafqaznews.az lent.az-a istinadən xəbər verir ki, argentinalı ulduz ona ildə 39,4 milyon avro qazandıracaq yeni müqavilə ilə dünyada ən çox qazanan futbolçu olacaq. Yeni müqavilə təsdiqləndikdən sonra 90 dəqiqədə təxminən 8 min 211 metr qaçdığı bilinən Messi hər addımına görə 58 avro qazanacaq.

Statistikaya görə, Messinin orta hesabla 1,33 addımı 1 metr edir. Buna görə hər matçda 10 min 921 addım atan Messinin hər addımı yeni müqavilə ilə 58 avroya bərabər olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR