Ölü qanun…

1449295294_milli-meclisAzərbaycanda elmi işçilər üçün yeni güzəştlər tətbiq ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, II oxunuşda müzakirəyə çıxarılacaq “Elm haqqında” qanun layihəsinə əsasən, AMEA elmin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən innovasiya və sahibkarlıqla məşğul olmaq hüququna malikdir. Elmi işçilərin isə Akademiyanın müəssisələrindəki sahibkarlıq fəaliyyətindən və qrant layihələrindən əldə olunan gəlirlərinə görə vergi və rüsum tutulmur. Layihədə qeyd edilir ki, elmi müəssisə və təşkilatların (eləcə də xarici tərəfdaşların birgə müqavilələr əsasında) Azərbaycana elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən azad edilir. Qanun layihəsinə əsasən, Azərbaycanda dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəllləşdirilə bilməz. Qeyd edək ki, “Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edilmişdi. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. Biz humanitar məsələlər üzrə ekspert, fəlsəfə elmləri doktoru Əli Abbasovdan bu informasiyanı şərh etməsini xahiş etdik.1F649B4C-4248-4FE0-92E8-EBD7AA9262AA_w640_r1_cx0_cy0_cw97_s-1-300x169

“Mən vaxtilə demişdim ki, Elmlər Akademiyası özünümaliyyələşdirmə sisteminə keçməlidir, çünki AMEA işçiləri çox cüzi maaş alırlar”, – deyə Ə.Abbasov Qafqaznews.org saytına bildirib. Ekspert hesab etmir ki, AMEA-ya həqiqətən sahibkarlıqla məşğul olmaq imkanı yaradılacaq. “Düşünürəm ki, parlament üzvləri dövlət tərəfindən maliyyələşən elmi işçilərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verməyəcəklər.Hətta əgər deputatlar bu qanunu qəbul etsələr, onu işlənməsi üçün Nazirlər Kabinetinə göndərəcəklər. Nazirlər Kabineti, yəqin ki, buna imkan verməyəcək”, – deyə filosof qeyd edib.

Ə.Abbasov əlavə edib ki, “Elm haqqında” qanunun müzakirəsi hələ 1991-ci ildən gedir. “Müzakirələr zamanı dəfələrlə müxtəlif təkliflər səsləndirilib. Alimlərin məvaciblərini bir neçə dəfə artırmaq təklif olunurdu. Amma bu, baş vermədi”, – deyə ekspert vurğulayıb.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR