Online “Ağ çiçəyim” gül mağazası gülləri niyə dolllarla satır? – FOTO

235203“Ağ çiçəyim” gül mağazasına aid olan shop.agciceyim.comsaytı online gül sifarişini dollarla etməyə başlayıb.

Sayta daxil olan zaman qiymətlər milli valyuta ilə deyil,  ABŞ dolları ilə göstərilir.

Maraqlıdır ki, ölkənin milli vaytutası manat dura-dura Ağçiçəyim gül mağazası dollarla sifariş qəbul etməsinə nə zəmin yaradıb?

Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, Azərbaycan Respublikasının ərazi hüdudları çərçivəsində bütün alqı-satqı və digər bu qəbildən olan əməliyyatlar manatla aparılmalıdır: “

Biz Azərbaycan Respublikasının ərazisində yaşayırıq və ölkəmizin milli valyutası manatdır. Azərbaycan Respublikasının ərazi hüdudları çərçivəsində bütün alqı-satqı və digər bu qəbildən olan əməliyyatlar manatla aparılmalıdır. Bunu ilk öcə Azərbaycan Respublikasının ana qanunu olan Konstitutsiyanın 19-cu maddəsi tələb edir. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”

Həmin mağazanın bu şəkildə qiymət qoyması isə qadağandır. 1995-ci ildə qəbul olunmuş istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu isə imperativ şəkildə xidmət göstərən şəxslərdən tələb edir ki, qiymət yalnız manatla göstərilməlidir ki, bu da qeyd etdiyim qanunun 13-cü maddəsinin 4-cü abzasında qeyd olunub”.

Ramil Süleymanov fikirincə 2005-ci ildə qəbul olunmuş Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanununda isə bu barədə heç bir qeyd yoxdur: “Buna baxmayaraq bir daha qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının ərazisində xidmət göstərən bütün fiziki və hüquqi şəxslər göstərdikləri xidmətlərin qiymətlərini milli valyutamızla göstərməyə borcludurlar.”

“Ağ çiçəyim” gül mağazası şəbəksindən Qaynar.info-ya bildiriblər ki, bu sayt mağazanın deyil, partnyor olduqları şirkətindir: “Biz hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında durmuşuq. Bizim mağazalarda satış manatladır. Amma həmin sayt bizim rəsmi saytımız deyil, partnyor olduğumuz şirkətindir”.

Son olaraq bildirək ki, “Ağ çiçəyim” mağazası saytın onlara məxsus olmadığını desə də, amma saytda olan nömrələrə zəng edərkən, telefonlara mağazasa əməkdaşları cavab verdilər.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR