“Pegasus” Azərbaycandan uçuşlara başlayır – 48 avroya

3Uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.

Gələn aydan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus” Azərbaycandan uçuşlara başlayacaq.

 Qafqaznews.az xəbər verir ki, bu barədə fins.az-a turizm şirkətlərindən bildirilib.

Məlumata görə, ilk reys martın 19-da Qəbələ Beynəlxalq Aeroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcək.

Uçuşlar həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcək.

Aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Aviareysin açılması ilə Azərbaycandan gedən turistlərin başqa şəhərlərə də münasib qiymətə uçması mümkün olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR