Polkovnik-leytenant İlqar Bağırov: “Mən Anarı qardaşlıqdan çıxarmışam, tutub atsınlar içəri” – EKSKLÜZİV

 d58bf088f0653197d7eba1368c51bd00DİN-in yüksək rütbəli zabiti xidmət etdiyi idarənin adını ictimaiyyətdən niyə gizlədir?

Fevralın 9-da Qafqaznews.az saytında “Polis polkovnikinin qardaşı vətəndaşlara 22 min manatlıq “atış” gəlib?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki,Qafqaznews.az-a  müraciət edən Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kənd sakini Faiq Ələkbər oğlu Abdullayev 3 il əvvəl fırıldağa məruz qaldığını bildirib. O, şəriki Ziya Qəzənfər oğlu İsayevlə birlikdə inşaat materialı satdıqları adam tərəfindən aldadıldıqlarını qeyd edib. “Mən 2013-cü ilin yaz aylarında Bakıdan Zaqatala rayonuna dəfələrlə Güzdək daşı göndərmişəm. Şərikim Ziya Qəzənfər oğlu İsayev isə həmin daşları zəlzələdən zərər çəkən evlərin və binaların bərpası işlərində çalışan briqada başçısı Anar Tofiq oğlu Bağırova satıb.

O, bir müddət pulumuzu az-az versə də, sonradan pulumuzu verməkdən imtina edib”, – deyə şikayətçi bildirib. F.Abdullayev deyib ki, 3 ildir heç bir şəkildə borclarını o şəxsdən ala bilmirlər. Onun şəriki Ziya İsayevlə əlaqə saxladıq, o da öz növbəsində bildirdi ki, Anar Bağırov Zaqatalanın Çobançöl və Qımırbazar kəndlərində inşaat işləri üçün 22 maşın daşın pulunu ödəməyib: “Bildiyimə görə, o, Vaqif müəllimin rəhbərliyi altında, “Azbentonit” şirkəti üçün çalışırdı. Əslində, bizə borcu 26 min manata yaxın idi. Lakin sonradan hər daşı 70 qəpikdən yox, 65 qəpikdən hesablatdırıb, borcun məbləğini azaltdı.

Mən 2013-cü il aprel ayınIMG_1011da Zaqatala RPİ-yə gedib ərizə yazdım, sonra özünü tapıb birlikdə Polis İdarəsinə getdik. Orda Anar izahat verib dedi ki, 10 günə bizə 22 min 200 manat pulu çatdıracaq”. Lakin aldadılan vətəndaşlar qeyd edirlər ki, sonradan Anar Bağırov da, onun polisdə yazdığı izahat da yoxa çıxır. “Mənə dedilər ki, onun qardaşı DİN-də Maliyyə-Plan İdarəsində yüksək vəzifədə işləyir, bu işin üstünə çox gedə bilməzlər”. Faiq Abdullayevin sözlərinə görə, sözügedən şəxs polis polkovniki İlqar Tofiq oğlu Bağırovdur və o, öz qardaşına havadarlıq edərək, aldadılan vətəndaşların haqqının tapdalanması faktını ört-bastır etməyə çalışıb.

Şikayətçi bu yaxında ortaq tanışlar vasitəsi ilə İlqar Bağırova xəbər çatdırdığını, onun isə “verəcək” deyə məsələni bağladığını qeyd edib”. Qafqaz Xəbər Agentliyi olaraq, məsələni gündəmdə saxlayaraq, vətəndaşların probleminin həllinə çalışdıq. Yazı dərc olunduqdan çox keçməmiş, DİN-dən reaksiya gəldi və Faiq Abdullayev nazirliyə dəvət olundu. F.Abdullayev fevralın 12-də bizə bildirdi ki, onu dinlədikdən sonra ərizəsini alıblar: “Mənə dedilər ki, bu ərizə Zaqatala RPİ-yə göndəriləcək, ordan sizə tezliklə zəng edəcəklər”. Biz daha sonra yazıda adı keçən İlqar Tofiq oğlu Bağırovun telefon nömrəsini əldə etdik. Məlum oldu ki, İlqar Bağırov polkovnik yox, polkovnik-leytenantdır.

O, Qafqaznews.az-ın “Sizin Anar Bağırov adlı qardaşınız var?” sualına “Belə qardaşım olub, amma indi yoxdur” deyə cavab verib. İ.Bağırov dedi ki, o, Anarı il yarım əvvəl qardaşlıqdan çıxarıb: “Mən və ailəmin digər üzvləri ondan imtina etmişik”. Faiq Abdullayevin məsələsi ilə bağlı jurnalistimizin xatırlatmasını dinləyəndən sonra, İlqar Bağırov onu tanımadığını qeyd etdi: “Mən elə adam tanımıram.

Onunla əlaqəmiz olmayıb. Heç kimə də “veriləcək” deməmişəm. Mən Anarı qardaşlıqdan çıxarmışam, kim də nəsə deyirsə, deyirəm: “Mənə hörmətiniz o olar ki, tutub atasınız içəri”. Mən bu məsələnin tam düzgün, qanuni araşdırılmasını istəyirəm. Qanunla cəzası nədirsə, onu da çəksin. Mən onun əməllərinə görə cavabdehlik daşımıram”. “Üç il əvvəl ondan Zaqatala RPİ-yə şikayət olub və bu məsələnin sizin istəyinizlə ört-bastır edildiyi, sonra isə sizin köməyinizlə Anarın ölkədən qaçdığı deyilir”, – deyə əməkdaşımız qeyd edib. “Xeyr, bu doğru deyil. Mənim o hadisədən heç məlumatım yoxdur. Ondan şikayətlər çox olub. Elə bu cür işlərə görə, mən onu qardaşlıqdan çıxarmışam. O adam bizim ailəmizə ləkədir. Həmin vətəndaşdan ailəmiz adından üzr istəyirəm, bizim ailə hörmətli ailədir, bir nəfər bizim adımızı pis edir, qoy o da qanunla layiqli cəzasını alsın.IMG_1012

O, avara adam olub. Dəqiq harda işlədiyini bilmirəm, amma təmir-tikinti işləri ilə məşğul olub. İki ilə yaxındır ki, onunla əlaqəmiz yoxdur”, – deyə polkovnik-leytenant cavab verib. Jurnalistin “Bəs indi Anar hardadır” sualını İlqar Bağırov belə cavablandırıb: “O, il yarım, iki il əvvəl Qazaxıstana gedib, indi harda olduğunu bilmirəm”. Onun həqiqətən də DİN-in Maliyyə-Plan İdarəsində işləyib-işləmədiyini soruşduq. “DİN-də çalışıram, amma başqa idarədə”, – deyə İ.Bağırov bildirdi. “Zəhmət olmasa, idarənin adını deyərdiniz”, – deyə əməkdaşımız müsahibi haqqında məlumat almağa çalışdı, lakin DİN zabiti əlavə informasiya verməkdən imtina etdi: “Xeyr, işlədiyim idarənin adını deyə bilmərəm”. “İlqar müəllim, DİN-in strukturları məxfi qurumlar deyil ki, ictimaiyyətdən gizlədilsin. Sadəcə, məlumatı dəqiqləşdirmək istəyirəm. Yoxsa, yazmalı olacağam ki, müsahibimiz işlədiyi idarəni bildirməkdən imtina etdi”, – deyə müxbirimiz qeyd etdi.

“Mən sizi tanımıram, kim olduğunuzu bilmirəm… Görüşək, üzbəüz nə lazımdırsa danışaq, sizə məlumat verim”, – deyə müsahibimiz inadla vurğuladı.

“Mən Rüfət Əhmədzadəyəm, Qafqaz Xəbər Agentliyində, Qafqaznews.az saytında çalışıram. Sizi redaksiyamıza dəvət edirik, nə vaxt gələ bilərsiniz?”, – sualına isə bu cür cavab aldıq: “Yox, redaksiya olmasın, başqa yerdə görüşüb üzbəüz danışaq”. Əlbəttə ki, biz jurnalist olaraq, “başqa yerdə görüşmək” variantından imtina etdik, çünki İlqar Bağırov bizi “tanımadığı” kimi, biz də onu tanımırıq. Məqsədimiz, sadəcə ictimaiyyətə dolğun və dürüst informasiya vermək idi. Lakin inanırıq ki, bu məsələ öz həllini tam dürüst və qanuni şəkildə tapacaq. Vətəndaşları aldadan da, ona kömək edən şəxslər də qanun qarşısında cavab verəcək. Mövzunu diqqətdə saxlayacağıq. Hər hansı irad və əlavə bilgiləri işıqlandırmağa hazırıq.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR