Putini təbliğ edən futbolçuya ağır cəza

1423e484c49aff8edfcede5ab2dd513fMoskvanın “Lokomotiv” klubu futbolçusu Dmitri Tarasovu cərimələyib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının 1/16 mərhələsi çərçivəsində “Fənərbaxça” ilə oyunda etdiyi hərəkət oyunçuya 300 min avroya başa gəlib.

Köynəyinə Rusiya prezidenti Vladimir Putinin fotosunu çap etdirən və matçdan sonra onu nümayiş etdirən Tarasovun bu hərəkəti UEFA tərəfindən də cəzalandırılacaq. Klubdan isə bildiriblər ki, əgər ali futbol qurumu “dəmiryolçular”a hər hansı cəza versə, o da futbolçunun maaşından tutulacaq.

Bundan əlavə yarımmüdafiəçi fevral ayındakı bütün bonuslarından da məhrum olunub.

Qeyd edək ki, UEFA-nın qanunlarına görə forma üzərində dini, irqi, milli və siyasi mesajlar vermək qadağandı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR