“REN TV”nin jurnalistləri İŞİD-in mühasirəsində qaldı

ИГИЛ СИРИЯ“Şəhər od içindədir”.

Rusiyanın REN TV telekanalının çəkiliş qrupu Suriyada Kobani şəhirində İŞİD-in qonşu Təl-Əbyad şəhərinə gözlənilməz hücumu nəticəsində mühasirəyə düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə çəkiliş qrupunun operatoru məlumat verib.

“Biz bir neçə gün Kobanidə işlələdik və artıq getməyə hazırlaşırdıq. Bu gün səhər İŞİD yaraqlıları gözlənilmədən qonşu Təl-Əbyad şəhərinə hücuma keçdilər”, – operator deyib.

O bildirib ki, Təl-Əbyadda döyüşlər 15 nöqtədə aparılır.

“Şəhər od içindədir. Kobanidən şərqə gedən yol çox təhlükəli olub, biz şəhərdə mühasirədə qalmışıq”, – o, qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR