Restoran sahibi olan müğənni “ağladı”: – “Heç kim toy etmir”

1454403741_0001Tanınmış müğənni, paytaxtda olan məşhur şadlıq sarayının sahibi Elçin Hüseynov toyların olmamasından gileylənib.

Moderator.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində müğənni sahibi olduğu şadlıq sarayında toy olmadığını açıqlayıb:

“Müğənnilərin çoxu demək istəmir, amma bu günə kimi toylardan qazanmışıq. Düzələr, yəqin. Alllah həmişə toylar qismət eləsin, burada qəbahət bir şey yoxdur. Bəzi müğənnilər toya gedəndə deyir ki, el şənliyinə getmişdim. Guya el şənliyi deyəndə nə olur ki? Bunun adı toydur da, toy. Toya getmək və ya toy aparmaq qəbahət deyil. Amma indi toylar yoxdur. Niyə şadlıq sarayı var, amma toy yoxdur?!”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR