Roma Papası kontrasepsiyanı abortdan daha kiçik günah olduğunu bildirib

fa5d1c25285bb9cbdf3d0a9232f3c“Xilas etmək üçün öldürmək – mafiya belə edir”.

Roma Papası Fransisk abortu “qəti şər” adlandırıb, bununla yanaşı isə “Zika”virusuna yoluxma halında hamiləlikdən qorunmağı “kiçik şər” hesab edir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı apostol səfərində olduğu Meksikadan qayıdarkən Papa təyyarəsinin göyərtəsində söyləyib.

“Hamiləlikdən qorunma günahını abortla səhv salmayın. Abort – ideoloji problem deyil, bəşəri porblemdir. Abort – şərdir, bu cinayətdir, – bunu Papa jurnalistin “Zika” virusunun dölün inkişafına mənfi təsirin nəzərə alaraq hamiləlikdən qorunmaya dair verdiyi sualın cavabında deyib. – Xilas etmək üçün öldürmək – mafiya belə edir. Hamiləlikdən qorunma isə kiçik şərdir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR