Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

129898_res_01Türkiyənin Suriyanın şimalına ordu yeritmək planları ilə əlaqədar Rusiya bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq niyyətindədir. Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

«Suriya-Türkiyə sərhədində vəziyyətin gərginləşməsi və Türkiyənin öz qoşunlarını Suriyanın şimalına yeritmək planlarını elan etməsi ilə əlaqədar olaraq regionda vəziyyət daha da gərginləşməkdədir. Biz İŞİD yaraqlılarının Suriya ərazisinə keçməsi və orada terrorçu bazalarının yaradılmasından narahatıq», – Zaxarovanın Rusiya XİN-in saytında yerləşdirilmiş bəyanatında belə deyilir.

Virtualaz.org xəbər verir ki, Rusiya diplomatik idarəsinin nümayəndəsi qeyd edib ki, bu cür hərəkətlər Suriyada siyasi tənzimlənmə mexanizmlərinin işə salınmasına əngəl törədir.

«Bununla əlaqədar olaraq, Rusiya bu gün BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətindədir. Məqsəd bu məsələnin müzakirəsi, Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, həmçinin Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsinin təqdim edilməsidir», – virtualaz.org bildirir ki, Zaxarovanın bəyanatında belə deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR