Rusiya maliyyə naziri: Neftin qiyməti 15 il bahalaşmayacaq

Petroleum, arrow down
Petroleum, arrow down

“Biz xam malların qiymətlərinin ucuzlaşma mərhələsindəyik”.

Neftin ucuz qiymətlər mərhələsi 15 il davam edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə verdiyi müsahibədə Rusiyanın maliyyə naziri Maksim Oreşkin bildirib.

“Biz indi xammalın qiymətinin ucuzlaşması mərhələsindəyik, bu ötən illərdə olduğu kimi 15 ilə qədər davam edə bilər. Bu əvvəlki 15 ildə yaşadığımız paradiqmalarla müqayisədə başqa paradiqmanı göstərir”, – o hesab edir.

Oreşkin qeyd edib ki, bununla yanaşı, Rusiya iqtisadiyyatı neftin yeni qiymətlərinə daha tez adaptasiya edir, yeni reallığa adaptasiyada hamıdan irəlidədir.

Daha öncə Oreşkin, 2016-cı ildə neftin cari qiymətlərinin qorunduğu halda Rusiyada böhranın 7,5-8% olacağını bildirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR