Rusiyadan Türkiyəyə daha bir – İttiham

68557Rusiya Müdafiə Nazirliyi Türkiyəni Suriyanı mütəmadi olaraq bombardman etdməkdə ittiham edib.
Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Türkiyə artilleriyası Suriyada sistemli şəkildə bombardman həyata keçirir.
“Ötən həftənin sonlarından etibarən Türkiyə sərhəd ərazilərindən Suriyada hökumət və müxalifət qüvvələrinə kütləvi artilleriya zərbəsi endirir. Hələbdə qəsəbələrə 100 atəş zərbəsi endirilib ki, bu da dağıntılara səbəb olub. Lakin Türkiyə Suriyanın şimalında və şimal-qərbində mövqelərini itirməmək üçün KİV-də Rusiyaya qarşı qara kampaniya aparır”, – deyə nazirlik nümayəndəsi əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR