Rza Zərrab məhkəməyə məcburi gətiriləcək

img2011767Türkiyədə məhkəmə iş adamı Rza Zərrabın məhkəmə prosesinə məcburi gətirilməsinə qərar verib.
Musavat.com xəbər verir ki, İstanbul 34-cü Asliye Cəza Məhkəməsində Rza Zərrabın şikayəti əsasında sıralarında keçmiş polis rəisi və bir jurnalistin də olduğu 6 nəfər haqqında məhkəmə işi açılıb.
Məhkəmə üsullarına uyğun olaraq prosesdə iştirak etməyən və buna görə də heç bir səbəb bildirməyən R.Zərrabın məcburi şəkildə məhkəməyə gətirilməsi qərara alınıb.
Məlumata görə, 17-25 dekabrda korrupsiya işində adı keçən R.Zərrab, şantaj vasitəsilə ondan pul istəmələri səbəbi ilə həmin şəxslərdən şikayət etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR